Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib

Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib

7 Noyabr 2019 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.

Bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib. Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. "Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb", - NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.

Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis "Twitter"dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.

"Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər", - deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)