Putin Brejnevin medalları və öpüşməyi ilə zarafatlaşdı

Putin Brejnevin medalları və öpüşməyi ilə zarafatlaşdı

6 Noyabr 2019 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin “Rusiya tələbə dəstələri” hərəkatının 60-cı ildönümü münasibətilə qəbul keçirib.

Oxumeni.az “TASS”a istinadən xəbər verir ki, hərəkatın lideri Mixail Kiselyevin medallarına diqqət çəkən Putin onu Sovet KP MK-nın baş katibi Leonid Brejnevlə müqayisə edib. Kiselyev isə cavabında Brejnevə çata bilməyəcəyini deyib. Bu zaman görüş iştirakçılarından biri zarafatla onun elə Brejnev kimi də öpüşdüyünü deyib.

Prezident “Əsas odur ki, kimi öpdüyünü bilsin” deyə zarafatını davam etdirib. Kiselyov gülərək “Mən yalnız sevimli həyat yoldaşımı elə öpürəm” cavabını verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)