Əfqanıstanda törədilmiş terror aktında 8 nəfər, o cümlədən 4 uşaq ölüb

Əfqanıstanda törədilmiş terror aktında 8 nəfər, o cümlədən 4 uşaq ölüb

4 Noyabr 2019 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın Bağlan vilayətində avtomobil yolunun kənarında yerləşdirilmiş əldəqayırma bombanın partlaması nəticəsində 8 nəfər, o cümlədən 4 uşaq həlak olub.

Oxumeni.az “ToloNews” agentliyinə istinadla xəbər verir ki, insident Bağlan vilayətinin mərkəzi Pul-e-Xumri şəhərinin yaxınlığında yerləşən Dand-e-Şahabuddin rayonunda baş verib. Yerli polisin məlumatında bildirilir ki, həlak olanlar Akaxel kəndindən vilayət mərkəzinə yola düşənlər olub. Qeyd olunur ki, həlak olanları ikisi kişi, ikisi qadın və dördü uşaqlardır. Partlayış nəticəsində yaralanan 6 nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Terror aktına görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)