Dehlidə hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib

Dehlidə hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib

4 Noyabr 08:00
95
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın şimalında havanın çirklənmə səviyyəsi "dözülməz həddə çatıb".

Oxumeni.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Dehli şəhərinin administrasiyasının rəhbəri Arvind Kajrival bildirib.

Hindistanın paytaxtında hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib.

Bildirilir ki, məktəblər bağlanıb, yerli hava limanında 30-dan çox reys təxirə salınıb və şəhərdə tikinti işləri dayandırılıb.

A.Kajrival federal orqanlardan qonşu bölgələrdə çirklənmə səviyyəsinin azaldılmasına kömək etmələri üçün müraciət edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)