Metroda gecikmələrin səbəbi açıqlandı

Metroda gecikmələrin səbəbi açıqlandı

4 Noyabr 09:10
105
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarında “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarın “Gənclik” stansiyasında qapısında texniki problem yaranıb. Bu səbəbdən qatar bir neçə dəqiqə stansiyada gözləməli olub.

Oxumeni.az-ın verdiyi xəbərə görə, Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün səhər saatlarında metroda müşahidə edilən sıxlıq və qatarların intervalında yaranan problemə aydınlıq gətirərkən deyib.

B.Məmmədov bildirib ki, problemlə əlaqədar sözügedən xətt üzrə qatar 5 dəqiqə intervalla gəlib:

“Artıq problem aradan qaldırılıb. Səhər saatları olduğu üçün sərnişin çoxdur və bu səbəbdən hazırda metroda sıxlıq müşahidə olunur”.

Qeyd edək ki, səhər 8:00-dan başlayaraq, qatarların tunellərdə sürəti də kəskin aşağı salınıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)