Britaniyada aşkarlanan 39 cəsəd Vyetnam vətəndaşlarına aiddir

Britaniyada aşkarlanan 39 cəsəd Vyetnam vətəndaşlarına aiddir

2 Noyabr 21:55
38
Bəyəndim (0) Bəyənmədim (0)

Esseks qraflığının polisi Qreys şəhərində yük maşınında aşkarlanan 39 cəsədin Vyetnam vətəndaşlarına aid olduğunu ehtimal edir.

Oxumeni.az Sky News telekanalına istinadla xəbər verir ki, britaniyalı polislər bəzi qurbanların ailələri, həmçinin Vyetnamın hakimiyyət orqanları ilə birbaşa əlaqə saxlayır.

Xatırladaq ki, oktyabrın 23-də Britaniyanın Esseks qraflığının polisləri yük maşınında 39 cəsəd aşkarlayıb. Cəsədlərin tapıldığı konteynerin Purflitə Belçikanın Zebrügge şəhərindən, yük maşınının isə Şimali İrlandiyadan gəldiyi məlum olub.

Polis əvvəlcə cəsədlərin Çin vətəndaşlarına aid olduğunu güman edib. Ola bilsin ki, vyetnamlılar ölkəyə saxta Çin pasportları ilə daxil olub.

Cinayət işi ilə əlaqədar yük maşınının sürücüsü, sonradan isə daha üç şübhəli saxlanılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)