Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib

22 Oktyabr 2019 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Oxumeni.az-ın xəbərinə görə iclasda bildirilib ki, qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir.

Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)