Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? - Politoloqdan şok iddia

Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? - Politoloqdan şok iddia

12 Oktyabr 16:30
6
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra ABŞ tərəfindən ələ keçirilmiş İŞİD terror təşkilatı üzvlərinin harada saxlanılması məsələsi gündəmə gəlib.

Türk politoloq Dəniz Kilislioğlu məsələ ilə əlaqədar ilginc iddia irəli sürüb.

Politoloq terrorçuların türk ordusunun əməliyyat keçirdiyi bölgələrdə saxlanıldığını bildirib:

"İŞİD-çilərin sayı barədə dəqiq məlum olmasa da, ələ keçmiş terrorçuların saxlanıldığı həbsxanalar və düşərgələrin nöqtələri bəllidir. Xəritəyə baxanda görürük ki, türk ordusunun əməliyyat bölgəsində - Təl Abyad və Rəsulayn arasındakı ərazilərdə İŞİD-çilərin saxlanıldığı həbsxana yoxdur. Türk odusunun təhlükəsizlik zonası qurmaq istədiyi bölgədə isə 3 həbsxana var. Təl-Abyad və Rəsulayn arasında həbsxana yoxdur, amma düşərgə var. Əməliyyat bölgələrində bir, təhlükəsizlik zolağında isə üç düşərgə var".

Oxumeni.az