Düşmən Qarabağ savaşı haqda "Mənim xaçım” filmini ekranlara çıxardı... - VİDEO

Düşmən Qarabağ savaşı haqda "Mənim xaçım” filmini ekranlara çıxardı... - VİDEO

11 Oktyabr 12:22
22
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər gələn il bu filmi "Oskar" mükafatına təqdim etmək niyyətindədir...

Bizim arsız-abırsız şoumen və müğənnilər də birləşib “Mənim pişiyim” filmi çəkərlər...

Xəbər verdiyimiz kimi, 2014-cü ildən işğalçı ölkənin Müdafiə Nazirliyinin dəstəyi ilə “Mənim xaçım” adlı filmin çəkilişinə başlanıb.

Oxumeni.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, oktyabrın 4-də İrəvanda artıq bədii filmin premyerası keçirilib. Filmdə 1991-1992-ci illərdə, Dağlıq Qarabağda hərbi əməliyyatlar gedən zaman Bakıda işləyən Jak adlı fransız missioner həkimi və müharibədə uşaqlarını itirmiş Sona adlı bir erməni qadının taleyi üzərində qurulub. Filmin çəkilişində Ermənistanla yanaşı, əcnəbi şirkətlər, eləcə də xarici aktyorlar iştirak edib. Filmin rejissoru Şavarş Vardanyan qeyd edib ki, filmdə arxiv materiallarından da istifadə olunub. O, Qarabağ müharibəsində jurnalist kimi iştirak etdiyini, 1200 saatlıq arxiv materialına malik olduğunu qeyd edib. Ermənilər gələn il bu filmi "Oskar" mükafatına təqdim etmək niyyətindədirlər...

P.S. Bizim arsız-abırsız şoumen və üzdəniraq müğənnilər bəlkə birləşib “Mənim pişiyim” filmi çəkərlər...

Oxumeni.az