Əhali sözünü tutmayan məmuru belə sürüdü - Video

Əhali sözünü tutmayan məmuru belə sürüdü - Video

9 Oktyabr 2019 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Las-Marqaritas bölgəsinin bələdiyyə sədri Xorxe Eskandonu vətəndaşlar avtomobilə bağlayaraq sürüyüblər.

Oxumeni.az xəbər verir ki, bu barədə “Heraldodemexico” nəşri yazıb.

Məlumata görə, məmur yerli sakinlərə şəhərdə yeni yollar salınacağı ilə bağlı vəd versə də, sözünü tuta bilməyib. Nəticədə bir qrup sakin Eskandonu avtomobilə bağlayaraq sürüyüb.

Yalnız polisin müdaxiləsindən sonra sakinlər əl çəkiblər.

Oxumeni.az