Müğənni evini qarət edən qızı bağışladı

Müğənni evini qarət edən qızı bağışladı

4 Oktyabr 2019 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Fuad Musayev bir neçə gün öncə evinin qarət olunmasında iştirak edən qonşu qızı Səbinə Atakişiyevanı bağışlayıb.

Bu barədə müğənni "Maşın Şou"da açıqlama verib.

O qeyd edib ki, qızın anasının göz yaşlarına dözə bilməyərək qızı bağışlayır. Ona qarşı heç bir şikayəti olmadığını deyən Musayev hüquq-mühafizə orqanı əməkdaşlarından onu həbs etməmələrini xahiş edib.

Xatırladaq ki, Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev sentyabrın 27-də Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dolları olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Oxumeni.az