Aralıq dənizinin Türkiyə sahillərində zəlzələ olub

Aralıq dənizinin Türkiyə sahillərində zəlzələ olub

3 Oktyabr 10:33
52
Bəyəndim (0) Bəyənmədim (0)

Aralıq dənizində, Yunanıstanın Rodos adası yaxınlığında 5,1 bal gücündə zəlzələ olub.

Oxumeni.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 07:44-də, yerin 2 km dərinliyində qeydə alınıb.

Yeraltı təkan Türkiyənin Muğla şəhərinin Marmaris, Dalaman və Fəthiyə rayonlarında hiss olunub.

Zəlzələ nəticəsində insan tələfatının olması barədə məlumat yoxdur.

Oxumeni.az