Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi - Bu yay kəskin isti olacaq - VİDEO

Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi - Bu yay kəskin isti olacaq - VİDEO

23 İyun 2022 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkəmizə yay fəsli gəlib. Hidrometeoloqlar bu yayla bağlı necə proqnozlar veriblər. Bizi necə bir yay gözləyir?

Oxuməni.az-ın verdiyi xəbərə görə Milli Hidrometralogiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyir ki, bu yay Azərbaycanda hava kəskin isti olacaq.

Asif Verdiyev Xəzər TV-yə verdiyi açıqlamasında deyir ki, dünyada baş verən qlobal istiləşmə Azərbaycandan da yan keçmir.

Havanın bu yay kəskin isti keçməsi xəbəri sakinləri də ciddi narahat edir.

Asif Verdiyevin sözlərinə görə, hava şəraitinin isti və quraq keçməsi çaylara da öz təsirini göstərir. Son illərdə havanın isinməsi, su səthində buxarlanmanın yüksək olması və hava şəraitinin quraq keçməsi su ehtiyatlarnın azalmasına və çayların qurumasına səbəb olsa da, bu il vəziyyət fərqlidir. Yəni çaylarda su boldur.