“Bilir ki, öləndən sonra basdırmağa adam tapılmayacaq“ - Bəhramdan qalmaqallı sözlər

“Bilir ki, öləndən sonra basdırmağa adam tapılmayacaq“ - Bəhramdan qalmaqallı sözlər

23 İyun 2022 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkədə qəribə bir tendensiya "dəb”ə düşüb. Bəlkə də bəzilərinə insanın özünə məzar satın alıb, başdaşı düzəltdirməsi absurd görünə bilər.

Ancaq artıq sağ ikən özünə məzar sifariş verən insanlar kifayət qədərdir.

Qəbiristanlıqlarda elə qəbirlər var ki, onların başdaşı, sahibinin adı, soyadı, doğum tarixi var, amma ölüm tarixi göstərilməyib. Çünki qəbirlərin içi boşdur.

Bu cür qəbirlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Bəs görəsən, insanlar diri ikən niyə özünə qəbir qazdırır? Bu işin fəlsəfəsi nədir?

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə qeyd edib ki, bəzən insanlar bunu ölümdən sonra onları dəfn edəcək adam tapılmayacağı üçün indidən edirlər:

“Bu hər bir insanın şəxsi işidir. Heç kimin özünə qəbir qazdıranların işinə qarışmağa ixtiyarı yoxdur. Əgər bu adam özünü belə görürsə, bunu istəyirsə, niyə də etməsin?! Bəlkə onların ailə problemləri var, bəlkə övladları ilə problemləri var və bilir ki, dünyasını dəyişəndən sonra onu dəfn etməyə adam olmayacaq. Bu, normaldır. Amma elə insan var ki, bunu etmir, bilir ki, namuslu, qeyrətli övladları, ailəsi, xanımı var, hansı ki, onu lazımınca son mənzilə yola salacaqlar”.

Aktyor ölümdən əvvəl özünə qəbir qazdırmaq fikrində olmadığını bildirib:

“Əgər məndən soruşsanız, xeyr, mən bunu etməzdim. Çünki mən Allaha inanan adamam və Allah nə vaxt lazım bilsə, məni yerbəyer edəcək. Hər müsəlman öz ölümünü düşünməlidir, lakin ona hazırlaşmamalıdır, hər zaman dua etməlidir ki, Allah onun ömrünü artırsın. Əgər mən pis adamamsa, Allah mənə zaman versin ki, mən o səhvlərimi, günahlarımı bu dünyada yuya bilim və axirətə pak çıxım. Əgər yaxşı insanamsa, Allah ömrümü artırsın, müsəlman ümməti üçün daha da yaxşı işlər görüm. İnsan birinci növbədə dua etməlidir ki, Allah ömrünü artırsın. Onlar ölümə hazırlaşmamalıdır və çalışmalıdır ki, bu dünyada səhvləri az olsun”.