Rusiya Xankəndini Azərbaycanın nəzarətinə verir, yoxsa başımızın altına  yastıq qoyur?

Rusiya Xankəndini Azərbaycanın nəzarətinə verir, yoxsa başımızın altına yastıq qoyur?

22 İyun 2022 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün hallarda bu deyilənlər Rusiyanın siyasi oyunlarını xatırladır və Moskva bizə nə isə vəd verməklə vaxt qazanmaq və Ermənistanı ən yüksək səviyydə silahlandırmaq istəyir. Rusiyanın separatçıların nəzarəti altında olan Qarabağı Azərbaycanın nəzarəti altına verəcəyi barədə Markovun və erməni şərhçilərin dediklərinə isə siyasətdən başı çıxmayan sadəlövhlər inana bilər...

“Qarabağ bölgəsinin Bakının nəzarətində olmayan hissəsi istənilən halda Azərbaycana qayıdacaq”.

Oxuməni.az xəbər verir ki, bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.

Markov hesab edir ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan potensial olaraq Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın qalan hissəsinin də tərkibində tanınmasını tanımağa hazırdır.

“Eyni zamanda Ermənistanın baş naziri Qarabağ ermənilərinə geniş muxtariyyətin xüsusi statusunun verilməsinə nail olmaq istərdi. Azərbaycan Prezidenti isə bu yaxınlarda açıq şəkildə bildirdi ki, geniş muxtariyyət ola bilməz. Bu mövqe ondan irəli gəlir ki, azərbaycanlılar ən mənfi tarixi təcrübəni, ölkə daxilində müəyyən ərazinin xüsusi statusa malik olduğu vaxt yaşayıblar.

Məhz erməni əhalisinin separatçı və millətçi əhval-ruhiyyəsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibində xüsusi statusu Dağlıq Qarabağ münaqişəsinə səbəb olub. Ona görə də Qarabağ ermənilərinə muxtariyyət verilməsi mümkün deyil.

Amma Prezident İlham Əliyev Ermənistan əhalisinə Azərbaycan vətəndaşlarının bütün hüquqlarını verməyə hazırdır. Makrov qeyd edir ki, bu gün Azərbaycanda 35 minə yaxın erməni yaşayır. Yəni burada heç bir problem olmamalıdır", - politoloq bildirib.

Markov Qarabağın Bakının müvəqqəti nəzarətində olmayan hissənin də Azərbaycana qaytarılacağını və bu məsələnin həllində Rusiyanın marağının olduğunu qeyd edib:

“Paşinyan Ermənistan - Azərbaycan nizamlanmasında Rusiyanın deyil, Fransanın və Avropa İttifaqının əsas moderator olmasını istəyir. O zaman o, öz xeyrinə və Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsində lobbiçilik etmək lehinə oynaya bilər ki, bu da sözsüz ki, Azərbaycanla danışıqlar prosesini ləngidər.

Yeri gəlmişkən, üçüncü tərəflərin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yekun bəyanatlarının heç birində ”Qarabağın statusu" məsələsi öz əksini tapmayıb. Qarabağ bölgəsinin hələlik Bakının nəzarətində olmayan hissəsi istənilən halda Azərbaycana qayıdacaq. Bu ərazilər artıq Ermənistanda İkinci Qarabağ müharibəsindən əvvəl oynadıqları rolu oynamır. Regionda reallıq dəyişib. Rusiya da problemi nəhayət həll etməkdə qərarlıdır", - Markov vurğulayıb.

İrəvan Dövlət Universitetinin dosenti, politoloq Menya Soqomonyan da zənn edir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətinə saylı günlər qalıb. Sitat: “Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki ifadələri buna əyani sübutdur. Açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox etdi. Artıq biz də bunu anlamalıyıq.

Yaxın bir müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rus sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb. Bu proses başlayan kimi bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək”, - erməni politoloq qeyd edib.

PS Bütün hallarda bu deyilənlər Rusiyanın siyasi oyunlarını xatırladır və Moskva bizə nə isə vəd verməklə vaxt qazanmaq və Ermənistanı ən yüksək səviyydə silahlandırmaq istəyir. Rusiyanın separatçıların nəzarəti altında olan Qarabağı Azərbaycanın nəzarəti altına verəcəyi barədə Markovun və erməni şərhçilərin dediklərinə isə siyasətdən başı çıxmayan sadəlövhlər inana bilər...