Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var

Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var

21 İyun 2022 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya Silahlı Qüvvələri şimal istiqamətində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Qarşı tərəf Sumı vilayətinin Seredina-Buda qəsəbəsi ərazisində mülki infrastrukturu atəşə tutub".

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Xarkov istiqamətində isə düşmənin əsas qüvvəsi işğal olunmuş hüdudların qorunub saxlanılmasına çalışır. Severodonetsk istiqamətində qoşunlarımızın bölmələrinin müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulması davam edir. Cənub Buq istiqamətində düşmən itkilər verib. PUA-lar vasitəsilə hava kəşfiyyatı davam edir", - Baş Qərargahdan bildirilib.

Qeyd olunub ki, Rusiya ordusunun hava-desant bölmələrinin komanda heyətində xeyli itki var. Ona görə də qarşı tərəf ehtiyatda olan zabitləri üç ay müddətinə qısamüddətli müqavilə ilə hərbi xidmətə cəlb etməyə məcburdur.