Moskvanın Bakıda həbsdən qurtardığı general Ermənistanda baş qərargah rəisi ola bilər?..

Moskvanın Bakıda həbsdən qurtardığı general Ermənistanda baş qərargah rəisi ola bilər?..

17 İyun 2022 10:36
Bəyəndim (2) Bəyənmədim (3)

Azərbaycan Respublikası ərazisinin Rusiyanın müvəqqəti(!) nəzarət etdiyi hissəsində hələ də tör-töküntüləri qalan qondarma separatçı rejimin “müdafiə ordusu”nun keçmiş komandiri Samvel Babayan 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının işində iştirakdan imtina edib, lakin bunun səbəblərini açıqlamır.

Oxuməni.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti məlumat yayıb.

S.Babayanın vaxtilə istintaq komissiyası vasitəsilə müharibədə məğlubiyyətə görə günahın Paşinyanın üzərindən götürülməsi ssenarisində iştirak etməyə bir şərtlə - Müdafiə Nazirliyində yüksək vəzifə tutmaqla razılaşdığına dair məlumatlar var. Hansısa bir anda həmin razılaşma pozulub və o, müharibənin günahını “köhnələr”in üzərinə atmaqda iştirakdan imtina edib.

“Şayiələrə görə, Babayan yeni qanuna əsasən, nazirin birinci müavini statusunu alacaq Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsinə iddia edir. Komissiyanın işini boykot etməsinin səbəbləri barədə isə Babayan yalnız səthi danışaraq deyib ki, guya oyun qaydalarına əməl olunmur, vaxt gələcək və bu haqda məlumat verəcək”, –erməni nəşri belə yazır.

Zəruri arayış:

1993-1999-cu illərdə qondarma “özünümüdafiə ordusu”nun komandanı, “müdafiə naziri” olmuş general-leytenant S.Babayan 1988-ci ildən separatçı erməni hərəkatının fəal liderlərindən olub. O, 1991-ci ildə Azərbaycan rəhbərliyinin sovet ordusunun dəstəyi ilə keçirdiyi “Həlqə” əməliyyatı zamanı həbs edilib və 6 aydan çox Bakıda həbsdə qalıb. Məşhur "qara polkovnik"- Fətullah Hüseynov bu erməni cəlladından əhəmiyyətli ifadələr alıb... Lakin elə Moskvanın da göstərişi ilə S.Babayan həbsdən azad edilərək Xankəndinə qayıdıb...

Qaynar.az-ın 2017-ci ildə apardığı araşdırmadan bəlli olur ki, rus hərbçilər ona Bakıda bəzi mətləbləri başa salıblar və nəticədə Samvel həbsdən çıxan kimi Xankəndidəki 366-cı Rusiya alayının mayoru Seyran Ohanyana yaxınlaşıb. Samvel 1991-ci ildə həbsdən çıxan kimi Xankəndidəki 366-cı Rusiya alayının mayoru Seyran Ohanyana yaxınlaşıb. Burada o, həm də 1989-cu ildə həbsdən azad olunan kimi sovet kəşfiyyatının xüsusi dəvəti ilə Qarabağa gətirilmiş erməni terrorçu Monte Melkonyanla da dostlaşır. Melkonyanın rəsmi bioqrafiyasında bu barədə məlmuat verliməsə də, onu 1990-cu ilin əvvəllərindən Dağlıq Qarabağda və ətraf rayonlarda xatırlayanlar çoxdur. Bu “müqəddəs” üçlüyün əsas əl işi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi olub…

Daha sonra Samvel Babayan Şuşanın işğalında iştirak edib. Dinc azərbaycanlıların qırılmasında göstərdiyi “xidmətlərə” görə Ermənistan rəhbərliyi onu əvvəlcə sıravilikdən polkovnikliyə qaldırıb, daha sonra general rütbəsi verib. Beləliklə, rus kəşfiyyatı ilə əməkdaşlıq nəticəsində bir vaxtlar azərbaycanlılarla bir kollektivdə işləmiş, həmkarlarının dediyinə görə də elə bir ciddi düşmənçilik hissləri biruzə verməyən “Syoma” ləqəbli Samvel Babayan Xocalı soqırımında fəal iştirak etmiş manyaka çevrilib. Odur ki, onun Ermənistanda yüksək vəzifəyə gətirilməsi yalnız Moskvanın planlarına uyğun ola bilər…Moderator.az