Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

19 May 2022 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı “Sputnik Azərbaycan” yazır ki, ermənipərəst ifaçının konsertinin ləğv olunmasına səbəb Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti olub. Quruma müraciət edən şəxs bildirib ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir.

Mədəniyyət Nazirliyi də artistin paylaşımları ilə tanış olduqdan sonra onun konsertini ləğv edib. Konsertə bilet satışını həyata keçirən “iTicket.az” konsertin hansı səbəbdən ləğv olunduğunu açıqlamadı.