“Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar...”

“Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar...”

17 May 2022 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanda vəziyyətin qarışdırılmasında Rusiyanın müəyyən qüvvələrinin marağı var və bir də daha çox İranın hərbi qüvvələrində də maraqlı olan qüvvələr var. Çünki Rusiya Ukraynadakı uğursuzluğu bu və ya digər formada sığortalamaq və yaddan çıxarmaq istəyir. İranda da bunların narko-ticarətlərinin qarşısı alınıb. Çünki Ermənistanın çox gəlir götürdüyü sahələrdən biri də narkotikanın satışı idi. Buna görə də Paşinyanın bir növ siyasətini dəstəkləməyən iki ölkənin ordakı 5-ci kalonu güclü fəaliyyətə başlayıb”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında deyib. C.Nuriyev Azərbaycanın da bu işdə ayıq-sayıq olmasının vacibliyini vurğulayıb:

“Putin Paşinyanla görüşsə də arxada heç cürə onun hakimiyyətdə qalmasını istəmir. Çünki Amerika onu gətirib və Amerika da hal-hazırda Paşinyanın əliylə Ermənistanı təsir dairəsindən çıxarmaq istəyir. Rusiya isə SSRİ-2-nin yaradılması məsələsini gündəmə gətirib və burda da birinci yerdə duran ölkələrdən biri də Ermənistandır. Paşinyan isə bunu istəmir. Ona görə də Köçəryan və Sarkisyan duetinə də komanda verilib, Rusiyanın orda olan adamları da kifayət qədər fəallaşıb. Buna baxmayaraq Paşinyan hələ ki, müqavimətini davam elətdirir. Hərbi və polis strukturları da Paşinyanın nəzarətindədir. Bu proses vətəndaş müharibəsinə çevrilə bilər, çünki bunu həm Rusiya, həm də İran istəyir.

Bu isə Azərbaycan üçün yaxşı şeylər vəd etmir. Sülh müqaviləsi bağlanmayıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımaq istəmir. Görünən odur ki, Rusiya Azərbaycanın Şuşa qələbəsini heç cürə içinə isindirə bilmir. Rusiya Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasını heç cürə qəbul edə bilmir.

Çıxılmaz vəziyyətdə qaldığına görə bu yolla bir növ Azərbaycanı bloklamaq istəyirlər. Çünki Rusiyanın başqa yolu yoxdur. Azərbaycan isə addımlar atmalıdır. Son 10-15 gündə çox güclü təxribatlar hazırlanır. Ermənistanda baş verən proseslər Azərbaycana keçə bilər. Bunu görmək, dərk etmək lazımdır. Azərbaycanda dövlət məmurları, bir qrup adamlar, icra başçıları xalqı bezdirirlər, adamlarda o fikri formalaşdırırlar ki, yəni SSRİ vaxtı yaxşıydı, sosial şəbəkələrdə bu təbliğat da gedir. Bunu görmürlərmi? Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar. Biz Ermənistanın dərdini çəkirik, amma öz dərdimizi yaddan çıxardırıq”.