Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçlik təbliğatı davam edir

Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçlik təbliğatı davam edir

26 Yanvar 2022 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə-Ermənistan danışıqlarından sonra Nikol Paşinyan komandasına qarşı revanşistlərin təzyiqi daha da güclənib. Barışıq istəməyən qüvvələr pozucu niyyətləri naminə bu cür davranış sərgiləyir. Görünən odur ki, Ermənistanda müəyyən siyasi qruplaşmalar hələ də xəstə təxəyyüldən xilas ola bilməyib. Bu gün də Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı düşmənçlik təbliğatı davam edir. Sözsüz ki, bu hal azərbaycanlılara və türklərə qarşı düşmənçilik ideologiyasından qaynaqlanır.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Teleqraf.com-a deyib.

Onun fikrincə, hazırda Ermənistanda Paşinyan hakimiyyətinin zəiflədilməsi üçün Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması siyasəti üzərindən təzyiqlər edilir: “Əslində isə Ermənistanın xilası bu iki ölkə ilə münasibətlərin normallaşmasından keçir. Bu prosesi sadə məntiqlə anlamaq onlar üçün çətindir. 30 illik işğal dövründə Ermənistan heç nə əldə etmədi. Ona görə də, Ermənistan ona uzanan barışıq əlindən bərk tutmalı, yaranan tarixi şansdan istifadə etməlidir”.

Millət vəkilinə görə, Ermənistan öz gələcəyi təklif edilən platformaya qoşula bilər: “Əksinə növbəti mərhələdə Ermənistan bu şansı da itirmiş olacaq. Bu ölkədə dərk edilməlidir ki, bundan sonra ən kiçik xırda təxribatın nəticəsi onlar üçün çətin olacaq”.