Tanınmışlar da bahalıqdan şikayətlənir - "İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”

Tanınmışlar da bahalıqdan şikayətlənir - "İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”

20 Yanvar 2022 18:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkədə ərzaq və kommunal tariflərin bahalaşması sadə vətəndaşlarla yanaşı tanınmış simaların da narahatlığına səbəb olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Xalq artisti Rasim Balayev yenisabah.az-a açıqalamasında bildirib ki, birtəhər yeni qiymətlərə uyğunlaşblar.

"Amma bahalaşma hər birimizin büdcəsinə təsir etdi. Qiymət artımından hamı əziyyət çəkir”, - xalq artisti əlavə edib.

R.Balayev qiymət artmının ümumi bir bəla olduğunu bildirib: “Mən düşünmürəm ki, bu bahalığı hökumət qəsdən edir. Dünyanın bütün ölkələrində bu cür proses gedir. Bu, ümumi bir bəladır. Bizim ölkəmizdə az da olsa pensiya və maaşları qaldırırlar. Lakin bununla yanaşı sürətli artım da gedir. Camaat çətin vəziyyətdədir. Bu, çox pis haldır. İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”.

R.Balayev dövlətdən aldığı təqaüdlə yaşadığını vurğulayıb: “Mən təqaüd alıb problemləri birtəhər yoluna qoyuram. Pensiya alıram, amma məbləğ cüzidir. O vaxt Səlim Müslümov pensiyamı düzgün hesablamadı. Əvvəllər Kinostudiyada işləyirdim, 2500 manat maaş alırdım. Elə oldu ki, pensiyaya çıxanda işlədiyim son 5 il nəzərə alındı. Bu səbəbdən çox az pensiya alıram. Məndən əvvəl pensiyaya çıxanlar, az maaş alanlar 2 000 manat pensiya alır. Mən 300 manat alıram. Hökumət sağ olsun, mənə Prezident təqaüdü verir. O təqaüd olmasa, bilmirəm necə dolanardım”.

Xalq şairi Vahid Əziz isə deyir ki, bahalaşma bütün dünyada müşahidə olunur, lakin ondan istifadə edib süni qiymət artımı edənlər var: “Mən marketə getmədiyim üçün heç nədən xəbərim yoxdur. Lakin bilirəm ki, bahalaşma bütün dünyada müşahidə olunur. Buğda, un hər yerdə bahalaşıb. Azərbaycanda bu qiymət artımı ilə uyğunlaşmalıdır.Bahalaşmadan istifadə edib, süni qiymət artımına əl atanlar da var. Onlar mütləq cəzalandırılmalıdır. Bilirəm ki, cəzalarını alacaqlar”.

V.Əziz pensiyalar haqqında da danışıb: “Hələ ki, keçən ilin pensiyaları verilir. Bu ay yəqin ki, mənim pensiyamda da artım olmayacaq. Növbəti ayı isə bilmirəm artım olacaq, ya yox”.