İki rayonun icra başçısı  vəzifələrindən azad edildi

İki rayonun icra başçısı vəzifələrindən azad edildi

19 Yanvar 2022 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bundan əlavə Prezidentin sərəcamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev də Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.