Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək görüşü başlayıb

Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək görüşü başlayıb

14 Yanvar 14:08
99
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.