"Havalar yenidən soyuyacaq, yağıntılar davam edəcək" - Umayra Tağıyeva

"Havalar yenidən soyuyacaq, yağıntılar davam edəcək" - Umayra Tağıyeva

14 Yanvar 2022 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

“Yanvarın 16-sı axşam saatlarından başlayaraq yanvarın 17-si gündüzədək növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.

Oxuməni.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı ölkə ərazisində yağıntılı hava şəraiti yenidən bərqərar olacaq: “İntensivlik haqqında dəqiq məlumatlar yaxın günlərdə təqdim ediləcək”.