Bakıətrafı ərazilərdə güclü qar çovğunu başlayıb

Bakıətrafı ərazilərdə güclü qar çovğunu başlayıb

14 Yanvar 09:15
187
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə saatlarından paytaxt Bakıya yağmağa başlayan qar səhərə doğru daha da güclənib.

Oxuməni.az xəbər verir ki, Bakəətrafı ərazilərdə, o cümlədən paytaxta ən yaxın hesab edilən Xırdalanda və Masazırda güclü qar çovğunu müşahıdə edilir. Sumqayıt-Bakı yolunda böyük tıxac əmələ gəlib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənildiyi haqda məlumat yaymışdı.

Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı barədə öncədən xəbərdarlıq edilmişdi. Yanvarın 14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0 dərəcəyə yaxın, nisbətən yüksək ərazilərdə 2 dərəcəyədək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Həmçinin Azərbaycanın rayonlarında hava yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 13-ü axşamdan 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Yağıntı 14-ü axşamadək davam edəcək.

Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi Aran rayonlarında 0-5 dərəcə şaxta, dağlarda 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.