Ermənistan imza atdığı sənədlərdəki öhdəlikləri yerinə yetirməyə məcbur olacaq

Ermənistan imza atdığı sənədlərdəki öhdəlikləri yerinə yetirməyə məcbur olacaq

8 Dekabr 2021 00:38
67
Bəyəndim (0) Bəyənmədim (0)

“Əslində məsələlər Soçi görüşündə müəyyənliyə qovuşub. Sadəcə ermənilər hələ də ümid edirlər ki, Brüssel görüşündə nələrsə dəyişəcək. Amma bu, onların ümididir və yeni situasiya yaranmayacaq. Xüsusilə, Şərq Tərəfdaşlığı Sammiti və başqa məsələlərin onsuz da böyük perspektivi yoxdur. Ermənistan imza atdığı sənədlərdəki öhdəlikləri yerinə yetirməyə məcbur olacaq”.

Oxuməni.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

Fazil Mustafa qeyd edib ki, Ermənistanın imza atdığı sənədlərin icrasını tezləşdirməməsi Brüssel sammiti ilə əlaqəli ola bilər. Onun fikrincə, Brüssel sammitində məsələlərin aydınlığa qovuşması dəqiqləşdikdən sonra Soçi görüşünə yenidən qayıdılacaq: “Yəni Soçidə qəbul edilən sənədin üzərində və onun əsasında məsələ həllini tapacaq”.

Deputat bildirib ki, gərginliyin olması gözləniləndir: “Nə qədərki sülh müqaviləsi imzalanmayıb gərginlik mümkündür. Bu vəziyyət əslində bizim xeyrimizədir. Hər bir gərginlikdən biz öz xeyrimizə istifadə edirik. Onsuzda indi qeyri-müəyyən situasiyadır və bu, bizə sərf edir. Daha çox mövqelərdə möhkəmlənirik və zaman bizim xeyrimizə işləyir. Çünki biz bölgədə bərkimək siysətimizi bunun əsasında davam etdiririk”