Əziz Səncər: Azərbaycan qələbəsi ilə bu həqiqəti ortaya qoydu: Azadlıq verilməz, Azadlıq qazanılır

Əziz Səncər: Azərbaycan qələbəsi ilə bu həqiqəti ortaya qoydu: Azadlıq verilməz, Azadlıq qazanılır

1 Dekabr 2021 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ hər birimizin ürəyində, düşüncəsindədir. Qarabağı düşünmədən, Qarabağda baş verənləri bilmədən danışa bilmərik.

Oxuməni.az xəbər verir ki, bunu Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ zəfəri ilə Azərbaycan bir çox şey bacardı: "Azərbaycan qələbəsi ilə bu həqiqəti ortaya qoydu: Azadlıq verilməz, Azadlıq qazanılır. Torpaq verilməz, torpağı qazanarsan.

Türk dünyasında türk istiqlal müharibəsindən sonra Qarabağ müharibəsi dünyaya bu mesajı verdi: Artıq torpağımızı ala bilməzsiniz, torpağımızı özümüz geri alacağıq və bunu etdik.

Artıq imperializmin dövrü bitib. Bu, 19-cu əsr məntiqidir. 21-ci əsrdə başqa ölkənin vətənini, yurdunu işğal edib, başqa dünyaya qəbul etdirə bilməzsiniz. Azərbaycanlı qardaşlarımız bunu etməklə bütün dünyaya dərs verdi".