“Qaraheybət” qəzası şəhidləri ilə vida mərasimi başladı

“Qaraheybət” qəzası şəhidləri ilə vida mərasimi başladı

1 Dekabr 2021 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində ötən gün Xızıdakı “Qaraheybət” poliqonu üzərində qəzaya uğramış Mi-17 vertolyotunda şəhid olan zabitlərlə vida mərasimi başlayıb.

Oxuməni.az xəbər verir ki, vida mərasimində Dövlət Sərhəd Xidmətinin və digər güc strukturlarının rəhbərliyi, şəhidlərin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir. Şəhidlərin cənazələrinin qoyulduğu tabutlar tribuna önünə qoyulub.

Xatırladaq ki, qəzada polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu şəhid olublar.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.virtualaz.org