Ermənilər bu kəndə qədər geri çəkildi: Azərbaycanın olacaq!

Ermənilər bu kəndə qədər geri çəkildi: Azərbaycanın olacaq!

23 Noyabr 2021 22:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan-Ermənistan sərhəddində rəsmi İrəvanın 16 noyabrda törətdiyi təxribatdan sonra ermənilər Sünikin Anabat (Noravank) kəndinə qədər geri çəkiliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın “Jam” (Zaman) qəzetinə kəndin sakinləri məlumat verib.

Kənd sakinlərinin dediklərinə görə, Azərbaycan Ordusu kəndin çox yaxınlığında qərarlaşıb. Onlar bildirib ki, Azərbaycan əsas yollardan birinə nəzarəti tam ələ keçirib.

“İndi isə Azərbaycan Ordusu onlar üçün həyati əhəmiyyət kəsb edən yolun üzərində post qurub. Azərbaycanlılar 32 il əvvəl buralardan qaçmışdı. İndi isə həmin yola nəzarət edirlər. Belə davam etsə, tezliklə Noravank da onların olacaq”, - deyə kənd sakinləri narahatlıqlarını dilə gətiriblər.

Həmçinin, qəzetdə yer alan yazıda qeyd olunub ki, onlar Ermənistan hakimiyyətinə müraciət edərək silah istəyiblər:

“Kəndimizi qorumaq üçün silah istəyirik. Bunu acizanə şəkilkdə sizdən xahiş edirik. Azərbaycan Ordusu kəndin bir addımlığındadır. Orduya biz də dəstək verməyə hazırıq”.