Azərbaycan demoqrafik böhranın astanasında :Uşaq pulu verilmədiyindən doğum və nikahlar azalıb...

Azərbaycan demoqrafik böhranın astanasında :Uşaq pulu verilmədiyindən doğum və nikahlar azalıb...

24 Noyabr 00:05
100
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə doğumun, nigahların sayı azalıb, boşanmaların və ölümlərin sayı isə sürətlə artıb".

Oxuməni.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.

Ekspert ötən 12 ilin başlıca demoqrafik göstəricilərini hər biri 6 ildən ibarət olmaqla 2 ardıcıl dövrə bölüb və cədvəl hazırlayıb. Cədvəldə təqdim olunur ki, birinci dövrədə 1.011494 doğum, 324 904 ölüm qeydə alınıb. İkinci dövrədə bu göstəricilər müvafiq olaraq 876447 doğum, 357.267 ölüm təşkil edib. Rəqəmlərin müqayisə etdikdə doğum sayının 135.050 nəfər azaldığı, ölümlərin isə 32.363 nəfər artdığını məlum olur.

Nigah və boşanma saylarına gəldikdə birinci dövrədə 496.218 nikah, 63.497 boşanma qeydə alınıb. 2015-2020-ci illərdə isə bağlanan nikahların sayı 360.168, boşanmalar isə 87.025 olub. Beləliklə, 136.050 nikah sayı azalıb, boşanmalar isə əksinə, 24.528 artıb.

Q. İbadoğlunun sözlərinə görə, əslində bu dinamika bir sıra göstəriciləri, o cümlədən, rəsmi orta ömür uzunluğu rəqəmini şübhə altına alır.

Qeyd olunan rəqəmlər Azərbaycanın demoqrafik böhranın astanasında olduğunu söyləməyə əsas verir. Problemin dərinləşməməsi üçün hökumətin vaxt itirmədən bir sıra istiqamətlər üzrə geniş sosial proqramlar həyata keçirməsi tələb olunur.