Fransa separatçıları Parisə dəvət etməklə  Azərbaycanı qarşı təxribata çəkir

Fransa separatçıları Parisə dəvət etməklə Azərbaycanı qarşı təxribata çəkir

23 Noyabr 2021 15:24
Bəyəndim (0) Bəyənmədim (1)

"İndiki şəraitdə Fransa ilə diplomatik münasibətlərin müvəqqəti olaraq dayandırılmasına ehtiyac var”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Fransa tərəfinin Azərbaycana qarşı son təxribatçı addımına diqqət çəkib:

“Separatçıların Fransa senatına dəvət edilmələri dekabrın 15-də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçiriləcəyi ehtimal olunan görüş öncəsi rəsmi Bakıya təzyiq xarakteri daşıyır. Rəsmi Paris bu təxribat xarakterli addımla görüşdə müzakirə olunması gözlənilən mövzuların istiqamətini indidən müəyyənləşdirməyə çalışır.

Bu addım, şübhəsiz ki, təkcə rəsmi Bakıya yox, eyni zamanda Avropa İttifaqının təşəbbüsünə qarşı yönəlib. Fransa senatının, həm də senatdakı çoxluğun formalaşdırdığı hökumətin bu təxribatının Brüssel görüşünün baş tutmamasına gətirib çıxara bilər ki, bu da Avropa İttifaqının bölgədəki maraqlarına ciddi zərbə vura bilər.

Bu arada, indiyədək işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etməkdən müxtəlif bəhanələrlə yayınan Fransa səfirinin birdən-birə Ağdama getməsi də, senatdakı təxribatın arxasında Fransa hökumətinin dayandığını təsdiqləyir. Fransa səfirinin Ağdama səfəri separatçılarla bağlı təxribatın qarşılığında rəsmi Bakının reksiyanının mümkün qədər yumşalmasına xidmət edir və balansyaratmaya uğursuz cəhd kimi də qiymətləndirilə bilər”.

Elçin Mirzəbəyli hesab edir ki, indiki şəraitdə Fransa ilə diplomatik münasibətlərin müvəqqəti olaraq dayandırılmasına ehtiyac var: “Mümkün olacağı təqdirdə, Azərbaycan Türkiyə və Pakistanla birlikdə Fransadakı səfirlərini geri çağırmalıdır”.