“Elşad Miri seyidləri şeytanla müqayisə edib“

“Elşad Miri seyidləri şeytanla müqayisə edib“

28 Oktyabr 11:57
112
Bəyəndim (0) Bəyənmədim (0)

Dinşünas Elşad Mirinin "Islamda yoxdur" kitabinin idxalina izacə verilməməsi birmənalı qarşılanmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə aydınlıq gətirib.

Oxuməni.az xəbər verir ki, DQİDK-nin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun bu qərarını müəllifin sözügedən kitabda seyidləri təhqir etməsi ilə əlaqələndirib:

"Səbəb kitabda Elşad Mirinin seyidləri Iblislə müqayisə etməsidir. Mən qanun və vicdanim qarşisinda rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insani Iblislə müqayisə etmək həm qanun, həm də etik baximdan qəbul edilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqli sayib. Əgər Avropa məhkəməsi desək ki, yox, Elşad Miri düz edib seyidləri Iblislə müqayisə edib, artiq buna deyəcək bir sözüm yoxdur. Uzaq başi Hüseyn Cavidin "Iblis"ini tərcümə etdirib onlara göndərə bilərəm".

Gündüz İsmayılov bildirib ki, Elşad Mirinin iddialarina ciddi, onun səmimi olmadiği vaxtlarda bəzən yarizarafat, hətta ironiya və sarkazimla cavab vermişəm:

"Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olmasi lazimdir. Amma dünənki debatdan sonra çox təəcübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmirdim. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanilmişam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danişa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qinayiriq ki, bəzi mollalar ərəbcəni bilmir, Qurani necə gəldi oxuyurlar. Ərəbcə yaxşi danişa bilməyən, amma Qurani tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalidir, yox. Deyirəm ki, məhz Qurani tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir. Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşi ki, Qurani vaxtinda tərcümə etmisiz!".