Əliyev və Ərdoğan Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlini qoydu

Əliyev və Ərdoğan Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlini qoydu

26 Oktyabr 2021 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoydular.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi.