Seyran Səxavətdən qalmaqallı sözlər: “Getsin Allaha etiraz etsin“

Seyran Səxavətdən qalmaqallı sözlər: “Getsin Allaha etiraz etsin“

26 Oktyabr 2021 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ustad yazıçı Seyran Səxavətin qadınlarla bağlı verdiyi açıqlama səs-küysüz ötüşmədi. Yazıçının “kişi olmasa, qadın heç kimdir” fikri ciddi müzakirələrə səbəb oldu. Bu fikrinə görə, onu qınayanlar, hətta qadın düşmənçiliyində günahlandıranlar da oldu.

Maraqlıdır, Seyran Səxavət oxuculardan bu cür reaksiya gözləyirdimi? Yazıçı qadın düşməni olmasıyla bağlı deyilənlərlə razıdırmı?

Oxuməni.az-ın verdiyi xəbərə görə, Seyran Səxavət Yenisabah.az-a açıqlamasında əvvəlki fikrində qaldığını deyib. Qeyd edib ki, kişilər olmasa, qadınlar yaşaya bilməzlər:

“Kişilər olmasa, qadınlar nə edə bilərlər? Necə yaşayarlar? Necə dünyaya uşaq gətirə bilərlər? Səhv deyirəm? Burada nə qəbahət var ki? Kişilər olmasa, əlbəttə qadın təklənər. Dünyada öz analıq missiyasını yerinə yetirə bilməz. Niyə məni baş-ayaq başa düşürlər?”

Yazıçı səhv etmədiyini, düzgün fikir ifadə etdiyini qeyd edib:

“Mən ibtidai, əbləhanə qəbul olunan fikirlərə cavab vermirəm. Düzgün başa düşməyə səviyyə lazımdır. Onda Allah dünyanı elə qadınlardan ibarət yaradardı. Kişini niyə yaradıb. Kim razı deyilsə, Seyran Səxavətə yox, getsin Allaha etiraz etsin. Mən səhv etməmişəm, düz demişəm”.