Hacı Əhliman Rüstəmov həbs olundu

Hacı Əhliman Rüstəmov həbs olundu

25 Oktyabr 2021 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hacı Əhliman Rüstəmovun həbs olunması xəbəri yayılıb.

Oxuməni.az Konkret az-a istinadən xəbər verir ki, bu gün Hacı Əhliman Rüstəmovun evində DTX əməkdaşları tərəfindən axtarış aparılıb. Daha sonra Əhliman Rüstəmov həbs edilib.

Qeyd edək ki, Hacı Əhliman və ya Əhliman Fidatxan oğlu Rüstəmov azərbaycanlı ilahiyyatçı-alim, din xadimi və Hacı Cavad məscidinin axundudur..

Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.

1974-1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib. Əhliman Rüstəmov hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın görkəmli ruhani alimi mərhum molla Bəylərdən dərs alıb. Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir. Bakı İslam Universitetini bitirib. Hal-hazırda həmin universitetin müəllimidir. Ə. Rüstəmovun indiyənə kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxmışdır. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub.