Azərbaycan prezidenti İlham Əliyev Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşündə iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşündə iştirak edəcək

25 Oktyabr 2021 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək.

Oxuməni.az xəbər veürir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün Tvitter bloqunda yazıb.

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.