Canəli Əkbərov vəfat edib

Canəli Əkbərov vəfat edib

22 Oktyabr 2021 21:47
Bəyəndim (0) Bəyənmədim (1)

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.

Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə isə onun vəziyyəti yenidən pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.
Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.