DTX şefinin bu sözləri Ermənistanda həyəcan yaratdı

DTX şefinin bu sözləri Ermənistanda həyəcan yaratdı

21 Oktyabr 06:10
224
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsinə erməni politoloqları həyəcanla reaksiya veriblər.

Oxuməni.az xəbər verir ki, DTX şefi Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri ilə görüşündə regionda hökm sürən yeni reallıqların nəzərə alınmasını tövsiyə edib. Bildirib ki, BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkündür.

Erməni ekspertlər Azərbaycanın güc strukturu rəhbərinin bu fikirlərini tələb kimi qiymətləndirib və bunun icra ediləcəyindən ciddi narahatlıq ifadə ediblər. Belə ki, artıq Azərbaycanın öz ərazisində suveren haqlarını tam bərpası istiqamətində əhəmiyyətli addımlar atmasını Ermənistanın 30 illik siyasətinin “tam iflası” olaraq görürlər.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistanla əlaqə üçün təqdim edilən Laçın dəhlizi yalnız və yalnız Qarabağdakı erməni əhalisi üçün nəzərdə tutulub. Bu dəhlizdən xarici ölkə vətəndaşlarının istifadəsi yalnız Azərbaycanın razılığı ilə ola bilər.