Güclü zəlzələ batırılan döyüş gəmilərini yer üzünə qaldırdı - İnanılmaz olay-Video

Güclü zəlzələ batırılan döyüş gəmilərini yer üzünə qaldırdı - İnanılmaz olay-Video

20 Oktyabr 14:19
228
Bəyəndim (0) Bəyənmədim (0)

İkinci dünya müharibəsi zamanı batırılan ruh-gəmilər Yaponiyanın İvodzima adası yaxınlığında su səthinin üstündə peyda olublar.

Oxuməni.az xəbər verir ki, bu, bir müddət öncə regionda baş verən güclü zəlzələ nəticəsində mümkün olub.

"Daily Mail"in məlumatına görə, hazırda 24 gəmi “skeleti” sahildə “yatır”. Onların havadan çəkilmiş videosu “All Nippon News” tərəfindən yayımlanıb.

Bu gəmilərin İvodzima döyüşü əsnasında Amerika qoşunları tərəfindən ələ keçirildiyi qeyd olunur. Onlar adanın qərb hissəsinə aparılıb və “volnorez” (gəmilərin dayaqlarını dalğalardan qoruyan vasitə) kimi istifadə edilib. Müharibədən dərhal sonra bu gəmilər batırılıb və 70 ildən artıq su altında qalıblar.