Xətibzadə Azərbaycana hədə-qorxu gəlməkdə davam edir

Xətibzadə Azərbaycana hədə-qorxu gəlməkdə davam edir

18 Oktyabr 14:13
276
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafi Nəzirliyinin hava hücumundan müdafiə təlimlərinə İran rəsmiləri münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, İran XİN sözçüsü Səid Xətibzadə deyib ki, dəqiq məlumatlar daxil olduqda bölgə ölkələrinin hava təlimləri normal haldır.

Bununla bərabər o əvvəlki ritoriksını davam etdirərək yenə də İsraili hədəfə alıb: “Ancaq bütün ölkələr sionist rejimin (İsrail – red.) qeyri-qanuni varlığından qaynaqlanan etibarsızlıqlara qarşı diqqət yetirməlidir.

Bu rejimin mənbəyi və mahiyyəti şiddət və terrora əsaslanır. Fars körfəzinin cənubundan tutmuş İranın şimal bölgələrinə qədər bu rejimin hər yerdə bu simasımna şahidsiniz.

Biz qonşularımıza dostcasına və müxtəlif kanallar vasitəsilə bildirdik ki, İran sərhədləri yaxınlığında sionist rejimin varlığına dözmür və bu mövzuda heç kimlə zarafat etmir”.

Bildirək ki, Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin təlimi keçirilir.