Azərbaycan Laçın dəhlizi üzərində nəzarəti ələ ala bilər

Azərbaycan Laçın dəhlizi üzərində nəzarəti ələ ala bilər

16 Oktyabr 08:09
88
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran agentliklərindən birinə müsahibə verərkən deyib ki, biz koridor yox, ancaq yol verə bilərik və bu yol Ermənistanın suveren nəzarəti altında olacaq. Üçtərəfli razılaşmada isə, söhbət koridordan (dəhlizdən) gedir”.

Oxuməni.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov deyib. Onun sözlərinə görə, koridor o deməkdir ki, ərazi Ermənistanın yurisdiksiyasında qalsa da, ordan keçən nəqliyyat vasitələrini saxlamaq, yoxlamaq, gömrük və sərhəd nəzarəti qoymaq səlahiyyəti olmayacaq:

"Bizim Laçın rayonunda verdiyimiz koridor Azərbaycan əraziləridir, amma ordan rus silahlılarının əhatəsində olan ərazilərimizə Ermənistana məxsus nəqliyyat və Ermənistan vətəndaşları, eləcə də Qarabağda yaşayan etnik ermənilər Azərbaycan tərəfindən yoxlanılmadan, sərhəd və gömrük nəzarəti olmadan keçir. Əlbəttə, bu koridorların bir fərqi də var.

Zəngəzur koridorundan istifadə edən Azərbaycan Ermənistan ərazisindən keçməklə, digər öz ərazisinə daxil olur, amma Laçın koridorunda başqa bir dövlət (Ermənistan) suveren Azərbaycan ərazilərinə daxil olur. Bu halda, bizim etdiyimiz güzəşt daha çoxdur, nəinki, Ermənistandan istədiyimiz”.

Hüquqşünas qeyd edib ki, əgər ermənilər sözügedən koridoru verməyib sadəcə yol versə, o zaman biz də Laçın koridoru üzərində de-fakto yuridiksiyamızı təmin etməliyik:

"Yəni sərhəd və gömrük nəzarəti qoymalıyıq, üstəgəl hələ viza rejimi də”.