Milli Məclis bayramların adlarını dəyişdi

Milli Məclis bayramların adlarını dəyişdi

15 Oktyabr 12:26
346
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.

Oxuməni.az xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir.

Mayın 28-i - Müstəqillik Günü, oktyabrın 18-i isə - Müstəqilliyin Bərpası Günü elan olunub.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.