Təxminən 1439 azərbaycanlı “Green Card“la ABŞ-a köçəcək

Təxminən 1439 azərbaycanlı “Green Card“la ABŞ-a köçəcək

12 Oktyabr 2021 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da leqal yaşamağa və işləməyə imkan verən "Green Card" lotereyasının 2021-ci il üzrə nəticəsi açıqlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumat yayıb.

Bu il dünyanın müxtəlif ölkələrindən 11 milyon 830 min 707 insan lotereyaya qatılıb.

Onlardan 55 min nəfər qələbə qazanaraq ABŞ-a köçmək və işləmək icazəsi alıb.

2021-ci ildə 1.439 Azərbaycan vətəndaşı "Green Card" qazanıb.

Həmçinin 5 604 Ukrayna, 6 001 Rusiya, 2 143 Belarus, 190 İsrail, 2 293 Ermənistan, 1 899 Gürcüstan, 2 406 Qazaxıstan, 2 130 Qırğızıstan, 1 565 Moldova, 2 332 Tacikistan, 5 319 Özbəkistan və s. ölkə vətəndaşı "Green Card" əldə edib.