18 oktyabr qeyri-iş günü elan edilə bilər: Əmək Məcəlləsinə dəyişiklik təklif ediləcəyi gözlənilir

18 oktyabr qeyri-iş günü elan edilə bilər: Əmək Məcəlləsinə dəyişiklik təklif ediləcəyi gözlənilir

12 Oktyabr 11:36
133
Bəyəndim (0) Bəyənmədim (0)

18 oktyabr qeyri-iş günü elan edilə bilər: Əmək Məcəlləsinə dəyişiklik təklif ediləcəyi gözlənilir

Milli Məclisin plenar iclasında “Müstəqillik günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Birinci vitse-spiker Əli Hüseynli dedi ki, bir gün əvvəlki müzakirələrdə deputat həmkarlarının böyük hissəsi Respublika gününün Müstəqillik günü ilə əvəzlənməsi kifayət qədər əsaslandırıb.

Oxuməni.az xəbər verir ki, Ə. hüseynlinin sözlərinə görə, Xalq Cümhuriyyətinin 23 ay deyil, iki il fəaliyyət göstərməsi ətrafında müzakirə açmağa zərurət yoxdur. “O zaman Zəngəzurda, Qubada, Lənkəranda, Azərbaycanın hər yerində üsyanlar olub. Bu barədə yeni polemika açmalı deyilik, rəsmi sənədlər var və bu, hər yerdə qeyd olunub”.

18 oktyabrın bayram günü kimi və qeyri-iş günü elan olunması barədə təkliflərə gəldikdə, Ə.Hüseynli dedi ki, bu, qanunun predmeti deyil, Əmək Məcəlləsinin predmetidir. Birinci vitse-spiker qeyd etdi ki, yəqin ki, qanun qəbul olunduqdan sonra Əmək Məcəlləsinə dəyişiklik təklif ediləcək: “Əmək Məcəlləsində ediləcək dəyişiklik texniki dəyişiklikdir”.

Konstitusiya Aktına səs verən deputatlara imtiyaz verilməsi, onların əməyinin qiymətləndirilməsi ilə bağlı fikirlərə münasibət bildirən vitse-spiker qanunvericilikdə hər hansı dəyişikliyə ehtiyac olmadığını qeyd etdi.

“Həqiqətən də dünənki müzakirələr çox fərqli şəkildə keçdi”, - deyən Ə.Hüseynli bildirdi ki, 1991-ci ildə Konstitusiya Aktı müzakirə olunan zaman Heydər Əliyev hədəf seçilmişdi. “O dövrdə mükafatlanası və imtiyazlara malik olan yeganə qüvvə Azərbaycan xalqıdır. Düzgün seçimini edib, Heydər Əliyevin arxasınca gedib. Bu gün də Azərbaycan Prezidenti ərazi bütövlüyümüzü təmin etdi və zəfər qazandıq”.