Bakıda bir gecədə iki yol qəzası olub, xəsarət alanlar var

Bakıda bir gecədə iki yol qəzası olub, xəsarət alanlar var

22 Sentyabr 06:46
108
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə paytaxt Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Bayramlı Mətin Osman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.

Digər hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Zeynalova Aygün Akif qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.