Ermənilər terror təşkilatı yaradır: “Azərbaycan Qarabağda antiterror əməliyyatı apara bilər”

Ermənilər terror təşkilatı yaradır: “Azərbaycan Qarabağda antiterror əməliyyatı apara bilər”

15 Sentyabr 15:10
131
Bəyəndim (0) Bəyənmədim (0)

“Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan daha bir populist bəyanatla çıxış edib. O, Azərbaycana qarşı mübarizədə Ermənistanın yeganə çıxış yolunun terrorçu-diversiya qrupları yaratmaq olduğunu vurğulayıb.

“Tarixə nəzər salsaq görərik ki, bu ermənilərin son ümid yeridir. Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Vəziyyət çox ciddidir, hər gün bir addım geri çəkilirik. Zəngəzuru, ümumiyyətlə, yaddan çıxarın, o, əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur”,-deyə Ayvazyan qeyd edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, siyasi şərhçi Teymur Qasımlı bildirib ki, ermənilərdən Azərbaycana qarşı həmişə terror aktı gözləmək olar:

“Ermənilər dünyada yeganə millətdir ki, İstanbulda terror yolu ilə bank soyğunu ediblər. Onlar Qafqaza gəldikləri gündən Azərbaycan xalqına qarşı hər şeyi ediblər. 1988-ci ildən Azərbaycan ərazisində terror aktları törətdilər. Ən sonda 20 Yanvan metrosunu partlatdılar.

Bir vaxtlar da ASALA terror təşkilatı vasitəsilə Türkiyə diplomatlarını şəhid etmişdilər, amma heç birində uğur qazana, istədiklərinə nail ola bilmədilər.

Lakin hesab edirəm ki, Artur Ayvazyanın dedikləri populist fikirlərdən başqa bir şey deyil. Çünki 44 günlük müharibədə həm özləri, həm himayədarları məğlub olublar. Bundan əlavə, onların terror törətməsinə hazırkı vəziyyətdə Rusiya icazə verməz, çünki Rusiya müəyyən məsələlərdə dalana dirənmiş vəziyyətdədir.

Fikrimcə, buna Paşinyan da icazə verməz. Ancaq yenə də 200 ildən dərs çıxarmaq lazımdır, hər an hər şey ola bilər. Qarabağda daşnakların, o cümlədən PKK və digər qüvvələrə bağlı terrorçuların olduğuna dair iddialar var”.

Ekspert diqqətə çatdırıb ki, ermənilər terrora əl atacağı təqdirdə, Azərbaycan həm Konstitusiyaya, həm də beynəlxalq hüquqa görə Dağlıq Qarabağda antiterror əməliyyatı apara bilər və aparmalıdır:

“Hətta irəli gedib xorvatlar kimi ikinci bir əməliyyatla oradakı bütün terrorçuların, Ermənistan ordusuna məxsus qüvvələrin ərazidən çıxarılmasını təmin etməliyik. Separatçılar bundan əvvəl də belə bir şey etmək istəyirdilər, bu məqsədlə terrorçular Azərbaycan ərazisinə keçdilər, lakin biz onları zərərsizləşdirib məhkum elədik”.