“Üç qardaş” alyansa çevrilə bilər? - Səfir

“Üç qardaş” alyansa çevrilə bilər? - Səfir

13 Sentyabr 2021 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə baş tutan ilk “Üç qardaş-2021” birgə hərbi təlimi həqiqətən də üç ölkə arasındakı müdafiə əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək tarixi hadisədir.

Oxuməni.az xəbər verir ki. bu sözləri Pakistanın ölkəmizdəki səfiri Bilal Haye “Üç qardaş-2021” təlimi ilə bağlı danışarkən deyib.

Səfirin sözlərinə görə, Pakistan, Azərbaycan və Türkiyə eyni zamanda üç ölkənin Xarici İşlər nazirlikləri və parlamentləri daxil olmaqla, müxtəlif üçtərəfli mexanizmlər altında bir çox sahələrdə əməkdaşlıq edir:

“Üç qardaş-2021” üç ölkə arasındakı sıx əməkdaşlığın daha bir təzahürüdür. Ancaq bu hərbi təlimi heç bir konkret nomenklatura ilə xarakterizə etməzdim. Biz Pakistanda bu inkişafı müdafiə və hərbi sahədə tarixi əməkdaşlığımızın davamı olaraq görürük. Bu təlimlər xüsusilə terrorla mübarizə qabiliyyətimiz üçün qüvvələrimizin hazırlığını daha da gücləndirəcək. Üç ölkə xarici güclərin təşkil və sponsorluq etdiyi terror fəaliyyətinin qurbanı olub. Ümid edirik ki, bu təlimlər qabiliyyətlərimizi artırmaqla yanaşı, həm də bizə bir-birimizin təcrübələrini öyrənmək imkanı verəcək”, - səfir bildirib.

Səfir gələcəkdə bu birliyin alyansa çevrilmək ehtimalından da danışıb:

“Bu təlimlərin məqsədinin müdafiə və hərbi qabiliyyətlərimizi inkişaf etdirmək olduğunu nəzərə alarsaq, digər həmfikir ölkələrin də bu təlimlərə qoşulma perspektivləri istisna deyil”