Azərbaycan Gorus-Qafan yolunda rüsum alır?

Azərbaycan Gorus-Qafan yolunda rüsum alır?

13 Sentyabr 09:22
107
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Gorus-Qafan yolunun öz suveren ərazisindən keçən hissəsində İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzi Ermənistan mediası paylaşıb.

Oxuməni.az xəbər verir ki, qəbzin üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var. Qafan-Gorus yolu bu idarəyə daxil olmadığı üçün yayılan qəbz şübhə doğurur.

Birincisi, qəbzi erməni mediası yayır, bu isə faktın təsdiqlənməsi demək deyil;

İkincisi, qəbzin üzərindəki tarix “12 sentyabr 2021-ci il” göstərilir: ermənilərin qəbzi internetdən götürməsi və Qafan-Gorus yolu ilə bağlı təbliğatda istifadə etməsi mümkündür, amma belə qəbzlərin internetdən götürməyin mümkün olub-olmadığı maraqlıdır; ermənilərin bu tarixdə qəbzi dərhal tapmaları şübhəlidir, amma istisna deyil ki, qəbzi fotoşopla da düzəldilə bilərlər; hərçənd, Azərbaycanın öz suveren ərazisindən keçən maşınlardan rüsum alması təbii haqqıdır və ermənilər “feyk-nyus”la heç nəyi dəyişdirə bilməz, yaxud bizim əleyhimizə nəsə əldə edə bilməzlər.

Üçüncüsü, Gorus-Qafan yolunda İran maşınlarının yoxlanılması işini Cənub Ərazi Baş Gömrük İdarəsinin həyata keçirməsi də mümkündür:

- Gorus-Qafan yolunda gömrük işi təşkil edilmədiyi üçün bu idarəyə tapşırıla bilər;

- Bu yoldan əsasən İran maşınları keçdiyi üçün cənub qonşumuzla gömrük işini həyata keçirən Cənub Ərazi Baş Gömrük İdarəsi Gorus-Qafan yoluna da nəzarət edir;

- Həmin yol Azərbaycanın cənub rayonları olan Zəngilan-Qubadlı ərazisinə düşür, lakin sərhədin rəsmi delimitasiyası həyata keçirilmədiyi üçün gömrük sistemi qurulmayıb və gələcəkdə istisna deyil ki, bu bölgə də Cənub Ərazi Baş Gömrük İdarəsinin səlahiyyət coğrafiyasına daxil edilsin: o bölgədə hələ ki, gömrük işinə ehtiyac olan yer Gorus-Qafan yolunun 21 kilometrliyidir və Gömrük İdarəsi həmin bölgədə de-fakto işləyir;

- Yaxud ümumiyyətlə gömrük işi qurulmayıb, lakin İran maşınlarından dövlət rüsumun alınması qarşılığında verilən qəbzlər Cənub Ərazi Baş Gömrük İdarəsinə aiddir.

Bunlar ehtimallardır, ancaq şübhə yox ki, İran maşınları artıq Gorus-Qafan yolunda Azərbaycan polisi tərəfindən yoxlanılır. axar.az