Azərbaycanda  668 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib-Qapanma gəlir

Azərbaycanda 668 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib-Qapanma gəlir

30 İyul 2021 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Koronavirusa yoluxmada kəskin artım qapanma məsələsini və sərt tədbirlərin həyata keçirilməsini yenidən gündəmə gətirməkdədir.

İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib. 5 442 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, bu günə qədər isə ümumilikdə 4 023 954 test icra olunub.