Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video

Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video

22 Sentyabr 16:14
207
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov SpaceTV-də yayımlanan “Sadə həqiqətlər” verilişində maraqlı açıqlamalar verib.

Aparıcı millət vəkili Siyavuş Novruzovun bir müddət əvvəl səsləndirdiyi ittihamı müəllifinin adını çəkmədən, “sosial şəbəkə”dən oxuyub:

“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il işləyib, digəri 15 il... Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir, hələ bəzi problemləri də elə siz keçmişdə nazir vəzifəsində çalışanlar yaradırsınız. Misir müəllim, niyə yaradırsınız?”

Misir Mərdanov 15 il nazir işləyən sözünün ona aid olduğunu zarafatla desə də, “problem yaradanlar” sözünü özünə şamil etməyib...

Misir Mərdanov vəzifədən necə çıxmasını da danışıb.

M.Mərdanovun bu və ya digər suallara cavablarının maraqlı olduğunu nəzərə alaraq, verilişin videosunu təqdim edirik:

Qeyd: “Sadə həqiqətlər” verilişinin aparıcısı efirdə görünməsə də, səsindən onun Speys TV-nin rəhbəri, tanınmış rejissor Vaqif Mustafayev olduğu bilinir.

Oxumeni.az